Hoşgeldiniz!
Amerika'daki Türklerin Haber ve İlan Sitesi

  • DOLAR
  • EURO
  • ALTIN
  • BIST
Bakı-2015 Avropa Oyunları Serbiyada da Yayımlanacaq

Bakı-2015 Avropa Oyunları Serbiyada da Yayımlanacaq

Avropa Oyunlarının Əməliyyat Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, Oyunlar ödənişsiz ictimai yayım kanalı olan “Radio Television Serbiya” (RTS) vasitəsilə nümayiş olunacaq. Bu kanal Olimpiya Oyunlarının, eləcə də futbol üzrə UEFA Çempionlar Liqasının yayım hüququna sahibdir. Kanal ölkə üzrə 3 milyon evdə izlənilir. Bakı-2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: “Bakı-2015 uzunömürlü brend yaratmağa […]

Avropa Oyunlarının Əməliyyat Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, Oyunlar ödənişsiz ictimai yayım kanalı olan “Radio Television Serbiya” (RTS) vasitəsilə nümayiş olunacaq. Bu kanal Olimpiya Oyunlarının, eləcə də futbol üzrə UEFA Çempionlar Liqasının yayım hüququna sahibdir. Kanal ölkə üzrə 3 milyon evdə izlənilir.

Bakı-2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: “Bakı-2015 uzunömürlü brend yaratmağa kömək etmək, həmçinin bu həyəcanı Avropada və onun hüdudlarından kənarda mümkün qədər çox izləyici ilə bölüşmək üçün birinci Avropa Oyunlarının ən geniş yayım şəbəkəsində nümayiş olunmasını təmin etməyə çalışır. Bu yeni müqavilə Oyunlara böyük marağın olduğunu göstərir və mən çox şadam ki, serbiyalı azarkeşlər öz idmançılarının yarışını izləmək imkanı əldə edəcəklər. Serbiya güclü idman ənənəsinə malik ölkədir və biz serbiyalı idmançılardan gələn ay Bakıda böyük uğurlar gözləyirik”.

RTS Proqramının direktoru Vladan Skrkik bildirib: “Mən həmişə idmanın inkişaf etdirilməsinə dəstək vermişəm və belə bir yarışda, ələlxüsus da inaqurasiya versiyasında, iştirak etməyə görə çox şadam”.

Sosyal Medyada Paylaşın:
İlginizi Çekebilir

BUNLAR DA İLGİNİZİ ÇEKEBİLİR

BİRDE BUNLARA BAKIN

Düşüncelerinizi bizimle paylaşırmısınız ?

  • ÇOK OKUNAN
  • YENİ
  • YORUM